Şahsənəm
Contents
Page 1 of 3
Şahsənəm
4 pərdəli 5 şəkilli opera
İştirak edənlər
Bəhrambəy – feodal
Şahsənəm – onun qızı
Ağcaqız – onun rəfiqəsi
Aşıq Qərib – aşıq
Xanı – Aşıq Qəribin anası
Şahvələd – feodal
HacıƏhməd – Aşıq Qəribin dostu
Güloğlan – Şahvələ din baş nökəri
Həsən }aşıqlar
Səməd
Xan
Carçı
Kəndli
Azançı
Birinci pərdə
Bəhram bəyin həyəti. Qızlar tikiş tikir və oxuyurlar.
Xor
Gözəl bahar eyləmiş bütün həyati dilbər;
Günəş gülür, şənlənir çəmən, səfalı hər yer.
Hər tərəf əlvan, hər yer əlvan, çəməndə lalə;
Can alır hər gün, şad olur bülbül, gülür bu halə.
Gəlin kimi şənlənib çəmən, çoxdur səfası;
Uzaq, uzaq bir güldən gəlir bülbül sədası.
Şahsənəm
Nə var, qızlar, belə gözəl və şənsiz?
Xor
Gəl, Şahsənəm, bağça ölgündür, sənsiz.
Şahsənəm
Gözəllər bağında bir gözəl gördüm,
Eşqinə bağlandım, könlümü verdim.
Məni bir baxışla eşq oduna saldı o, getdi;
Məni bir baxışla eşq oduna saldı o, getdi.
Ala gözlərində eşqi gülümsər;
Yerişi can alan, gülüşü dilbər.
Məni bir baxışla eşq oduna saldı o, getdi;
Məni bir baxışla eşq oduna saldı o, getdi;
Xor
Ulduzlarıq, biz, qızlarıq, günəşimiz Şahsənəm.
Oxşayıb onu könüldən, onu hər gün öpərik.
Biz çox dilbər, incə güllər, gül qönçəmiz Şahsənəm.
Özümüz gül, sözümüz gül, çöllərə biz gül səpərik.
Oxşayıb onu könüldən, onu hər gün biz öpərik.
Şahsənəm
Mən gördüm şən bir gül, verdim könül;
Onun eşqində ən yanar oldum mən;
Nə imiş sevda qanar oldum mən.
Mən onu araram, alışar, yanaram.
Nə imiş sevda qanaram, qanaram.
Məndə daha yox bir aram, yox bir aram.
Dərdli ürək gülmək nədir, bilməyir.
Çalın, qızlar, qaçsın dərdim, yoxsa çoxdan gülməyir.
Rəqslər. Aşıq Qəribin səsi gəlir.
A ş ıq Qər ib
Bir gül sevdim çəməndə,
Soldu yellər əsəndə.
Eyləyir nalə
Qəlbim bu halə,
Yaş tökər bülbül,
Inləyir lalə.
Ayrı saldılar yarı yardan.
Şahsənəm
Ah, bu odur, o oğlandır, Ağca qız!
Ağca qız
Oğlan kimdir, hansı oğlan, söylə, qız?
Şahsənəm
Könlüm bir anda yetimlər kimi
Qayğılardan inlədi, gedin qızlar!
Xor
Nə var, nə oldu sənə ay qız?
Şahsənəm
Gedin, məni təkcə buraxınız!
Xor
Gəlin, qızlar gəlin gedək! Özümüz gül, sözümüz gül,
Çöllərə biz gül səpirik!
Xor gedir, Aşıq Qərib gəlir.
Şahsənəm
Aman, Qərib, nəyə gəldin, atam görsə öldürər.
Dayanma, tez get, düşmən var sağ-solunda.
Aşıq Qərib
Məndə artıq taqət yoxdur, Şahsənəm!
Bir canım var, qurban olsun yolunda.
Gecə boyu mən yatmayıram,
Rahatım yox gündüzləri.
Gözüm ağlar, bu könlüm ağlar,
Sənsiz susmaz, dərdim artar.
Şahsənəm
Sənsiz dünya qara bir məzar,
Hara baxsam, dərdim artar.
Sənin oynaq o telli sazın.
Dinər, qəlbim istər oynasın.
Aşıq Qərib
Sənsiz mənə qaradır ay, gün;
Sənsiz dünya qoy məhv olsun.
Şahsənəm
Sənin oynaq o telli sazın
Çalacaq, qəlbin istər oynasın.
Aşıq Qərib
Könlüm bir saz, sənsiz çalmaz.
Şux bir qartal qanadı yox.
Dinlə bir gözüm, dil fəryadın.
İnlər, inlər, dəvası yox,
Şahsənəm
Aman, Qərib, aman Qərib,
Sən oxucaq, sanki gülər yaz.
Aşıq Qərib
Qayğı getsin, açılsın qoy yaz.
Şahsənəm
Oxu, aşıq, gülsün qoy dağlar,
Gülsün meşələr, bağlar.
A ş ıq Qər ib
Dillənsin tel, söylənsin saz,
Dünya zövq alsın,
Qara telli, qara gözlü, eşqi can alan yar;
Aşıqları baş qurtarmaz bir sevdaya salan yar!
Şahsənəm
Aman, Qərib!
Aşıq Qərib
Günün oynaq, əlvan telli,
Yazın açan ilk gülü.
Şahsənəm
İnlət o dörd oynaq teli,
Çalsın saz, gülsün yaz.
Bu sevdanı anlar o,
Söylətdir, dərdini yaz.
Aşıq Qərib
Səni öpər, səni oxşar.
Şahsənəm
Sən bir solmaz, incə yarpaq bağçasısan, bağısan.
Mən bir sevda sərməstiyəm, badəsi sən, saqi sən.
Aşıq Qərib
Mən bilməzdim sevda nədir, sən ey yar, anlatdın.
Şahsənəm
Gülməz yenə könlüm əsla sənsiz mənə cənnət olsa dünya.
A ş ıq Qər ib
Mən bilməzdim dünya nədir, sən, ey yar, öyrətdin.
Şahsənəm
Səndən ayrılmaram hərgah sənsiz cənnət olsa dünya!
Gülmərəm yüz min bahar olsa, aman, Qərib!
Aşıq Qərib
Gülmərəm yüz min bahar olsa
Şahsənəm
Aman, Qərib! Aman, Qərib!
AşıqQər ib
Ay Şahsənəm!
Şahsənəm
Günün oynaq, əlvan telli, yazın açan ilk gülü
Daim səni oxşar, oxşar.
Aşıq Qərib
Daim səni oxşar, oxşar.
Bəhram bəy gəlir.
Bəhram bəy
Ey, sən, söylə kimsən, hansı koldan uçansan?
Haralısan, sözün nədir, hansı tordan qaçansan?
Aşıq Qərib
Bir qartalam, öz sevgimdən qanad alıb uçmuşam;
Bir bülbüləm, yar ardınca qəfəsimdən qaçmışam.
Bəhram bəy
Yad bir evdə nə istərsən?
Aşıq Qərib
Mən dedim ki, bir bülbüləm, yeni qanad açmışam.
Sən anla ki, yar yolunda candan, vardan keçmişəm.
Bəhram bəy
Gözlə bu sözlərin nəticəsini görərsən!
Aşıq Qərib
Yar yolunda mən hər dərdə hazıram!
Yurdum yaşıl düzənlər, oynağım göy çəmənlər;
Eşitmişdim ölməz yarın dodağını əmənlər.
Eşqə düşdüm, candan keçdim, ərənlər, ay ərənlər!
Indi mən bir nazlı yarın sorağına gəlmişəm.
Bir ovçuyam, ya ölləm, ov qaçırtsam əlimdən.
Bir igidəm, bir gözəlin oylağına gəlmişəm;
Oylağına, oylağına gəlmişəm.
Yurdum yaşıl düzənlər, oynağım göy çəmənlər;
Eşitmişdim ölməz yarın dodağını əmənlər.
AŞahsənəm!
Bəhram bəy
Uşaqlar, ey igidlər!
Qapıları bağlayın!
Bunu tutub saxlayın!
Kəndir ilə bağlayın!
Aşıq Qərib
Mənim qolum dəmirdəndir,
Kəndir məni bağlamaz!
Bəhram bəy
Tutun bunu, əl-ayağın bağlayın!
Dustaq edin, qaranlıqda saxlayın!
Get, get, oğlan, boş danışma!
Mənim qızım adsız-sansız adamlara tay deyil.
Mənim adım, sanım vardır;
Qızım hər bir dilənçiyə veriləcək pay deyil!
Məndən bir söz almaq üçün ətəklərlə qızıl-gümüş səpirlər.
Bəylər, xanlar gündə mənim ayağımı öpürlər.
Sənin kimi yoxsul bir gədaya qız versəm, mənə gülərlər.
Get, get, oğlan, boş danışma!
Mənim qızım adsız-sansız adamlara tay deyil!
Get!
Görünməz olur. Onun əmrilə Aşıq Qəribi zirzəmiyə salırlar. Yenidən Xor gəlir.
Xor
Şahvələ din adı düşüb dillərə;
Adı, sanı onun bəlli ellərə.
Malı çox, dərdi yox,
Bütün aləmə məşhur.
Bir zaman olmuşdu qızın leylacı;
Şahsənəm qoy olsun başının tacı.
Göz görüb, bənd olub, olubdur qıza məftun.
Şahsənəm
Gedin, qızlar, belə sözlər uşaqları qandırar.
Siz bilməzsiz sevda oddur, ürəkləri yandırar.
Dalğa kimi dərdim coşub dönmüş bir ümmana:
Qəmli könül dözə bilməz belə ağır hicrana.
Aşıq Qərib
Aman, sənsən, Şahsənəm, niyə gəldin?
Atan görsə, öldürər.
Şahsənəm
Get, get, artıq həyat sonu bildirər.
Aşıq Qərib
Getmək? Ancaq hara getmək? Mən ki, səni izlərəm.
Şahsənəm
Mən atama yalvararam, yeddi il də gözlərəm.
Ya səninlə dərd çəkərəm, ya səninlə gülərəm.
Bil, Qəribim, gəlməz olsan ən son gündə ölərəm.
Aşıq Qərib
Sənə bağlı mənim həyatım; belə imiş taleyimiz.
Uzun illər gün sürməliyik bir-birindən ayrı biz.
Qəribkən bir də qərib oldum;
Uzaq ellər olar yurdum.
Mən yeddi il bütün dünyanı dolanaram.
Gələrəm, səndən ayrı qalmaram.
Sağ qayıtsam, səni alaram;
Bizi dünya ayırmaz, bil!
Dünya gəlsə, səndən dönmərəm!
Məni gözlə, gözəl yarım!
Sağ qalarsam, dönüb gələrəm;
Məni tutmaz dağlar.
Şahsənəm
Aman, Qərib, səni gözlərəm.
Get yoluna güllər dola.
Aşıq Qərib
Gəl, son gündür, halallaşaq biz;
Qayıtmasam, gözəl, halal et!
Al! bu məndən sənə yadigar!
Xatırla sən, unutma məni, gözəl yar!
Qoy görüm üzünü, aman hicran, ah, aman hicran!
Sən, sən ey odlu hicran, aşiqə yox səndən aman.
Ağlar gülsüz, ağlar bülbül, ağlar yar, səndən əl-aman!
Həsrət olmaq illərlə yarə,
Uzaq ellərdə avarə.
Şahsənəm
Qanad çal, uç bülbül, olsun yad ellər sənə bir aşiyan!
Ağlayaram, şad olmaram, sənsiz gün verməz bil
mənə asiman,
Qanad çal, uç, bülbül, qoy yasa batsın aləm!
Ağlayaram, şad olmaram, qoy toylar olsun matəm!
Aşıq Qərib
Gülməz mənə sənsiz zaman; sənsiz məhv olsun qoy cahan!
İllər, aylar sovuşar, keçər, gəlləm, əcəl versə aman!
Şahsənəm
Aman hicran!
A ş ıq Qər ib
Aman hicran!
Canyaxan hicran!
Şahsənəm
Düşmən eşqə hər bir zaman.
Aman hicran! Aman hicran!
Aşıq Qərib
Gözlə, nigar,
Yeddi bahar.
Bitsin bu fəryad,
Eşq olsun azad.
Şahsənəm
Durma, artıq atam, anam gələrlər;
Aman, Qərib, bizi burda görərlər.
Atam bilsə, yəqin bu, son günümdür;
Get, Qəribim, yoxsa bu iş ölümdür!
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-sahsenem
Use ← → keys to move, R for a random poem
More by this author
(Yay tətilindən sonra məktəbə getməyə məcbur olanuxajor mütəəllimlərin naləsi)
Hürriyyət və təsəttüri-nisvanAy Baba, bir bax gör mənim başıma nə zorba iş gəlmişdir. Neçə ilbundanqabaq filan əfəndi filan əfəndi ilə ağız-ağıza verib “hürriyyətinisvan”,– deyə
İranlı dedi – bildimİranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.
BilirəmMillətə hər nə yazırsansa, rəvadır, bilirəm,Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Poems by other poets
Başına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
RustaveliXaqanilər, Nizamilər yetişdirən bir vətənin,Oğlu, qızı şeir yazır yubileyinə bu gün sənin.
ای دوست! به ذات حق تعالی سوگندکز هجر تو ساعتی نیام من خرسند
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.