Contents
  1. Şahsənəm
  2. İştirak edənlər
  3. Birinci pərdə
  4. İkinci pərdə
  5. Birinci şəkil
  6. İkinci şəkil
  7. Üçüncü pərdə
  8. Dördüncü pərdə

Page 2 of 3 · 33%

Aşıq Qərib görünməz olur. Bəhram bəy yenidən gəlir.
Şahsənə min Aşıq Qəribi azad etdiyini bilincə, qəzəblənir
və qızını cəzalandıracağı ilə təhdid edir.

İkinci pərdə

Birinci şəkil

Sakit axan bir çayın kənarı. Yaydır. Bərk istidir. Aşıq Qərib yorğun-arğın gəlir.

Aşıq Qərib

Sevdiyimdən ayrı düşdüm sonsuz sevda yoluna,
İllər keçdi, axır gəldim, çatdım Iran elinə.
Ay ağalar, bu dünyada dərdli könül nə gördü?
Gənc yaşımda bir yar sevdim, fələk vurdu, ayırdı.
Başda sevda, əldə sazım dolaşaram elləri.
Yarın oynaq, şux telləri, sevda birdir, söz bir, iman bir.
Sən ey süzgün bir eşqə həyat açan mələk!
Sən ey qara bir bəxtə işıq saçan çiçək!
Dərdli sazım eşqinlə daim səni, səni oxşar.
Ruhum bədəndə varkən, sənsən məalı.
Yüz min ömrə vermərəm bir gün vüsalı.
Səndən ayrılmaq böyük bir bəla, ay Şahsənəm!
Şahsənəm, sevimli!
Ay ağalar, bu dünyada dərdli könül nə gördü?
Gənc yaşımda bir yar sevdim, fələk vurdu, ayırdı.
Başda sevda, əldə sazım dolaşaram elləri.
Yarım, oynaq, şux telləri, dolaşaram elləri.
Başda sevda, əldə sazım dolaşaram elləri.

Köynəyini çıxarıb, çaya tərəf yollanır. Bu zaman Güloğlan gəlir və Aşıq
Qəribin köynəyini götürüb aparır.

İkinci şəkil

Təbrizdə böyük karvansara. Bazar günüdür. Səs-küy.

Xor

Hər açıq bazar,
Hər bir şey var.
Gəlsin alanlar,
Varı olanlar!
Təbrizdə hər şey var.
Alın, alanlar,
Pulu olanlar!
Armud, alma, nar,
Səbzə, xurma var.
Bişmiş noxud var.
Yaxşı qarpız var.
Gəl, tez gəl apar!
Gəl, gəl, var xurma.
Bax, bax, əl vurma!
Ləbləbi var a!
Gəl, gəl, apar a!
Sərin sular var.
Gəl, tez gəl! Ye, qurtar!
Var sərin qarpız,
Sanki buzdur, buz.
Pulun var, gəl apar!
Içdən al qarpız!
Kəs, bax, sonra al!
Gəl, tər xiyar var!
Diş vursan, bal axar.
Açıqdır şən bazar,
Gəl apar, gəl apar!
Hər bir şey var;
Gəlsin alanlar,
Pulu olanlar!

Rəqslər.

Xor

Gəlin, gəlin, toy var saray önündə;
Hər bir qonaq bir aşıqla gəlmişdir.
Deyişəcək iki mötəbər aşıq;
Saray bağı izdihamla dolmuşdur.

Carçı

Bu qızıldır, bu xələti Nigar Xanım göndərmiş;
Bu almazdır, görməmişdir heç bir tac bu ziynəti.
Meydan açıq, kim qabildir, kim aşıqdır dillənsin!
Kim aparsa, o alacaq bu bahalı xələti.

Aşıq Həsən

Səndən xəbər alım, mötəbər aşıq,
O nədir ki, ölçüsü var, sanı yox?
O nədir ki, hava görcək boğular?
O nədir ki, doğar, törər, canı yox?

A ş ıq Səməd

Sənə xəbər verim, mötəbər aşıq!
O, kirpikdir, ölçüsü var, sanı yox.
O, balıqdır, hava görcək boğular.
O sədəfdir, doğar, törər, canı yox.

Səndən xəbər alım, mötəbər aşıq!
O nədir ki, səsi çıxmaz, danışar?
O nədir ki, uçar qanad çalmadan?
O nədir ki, od dəyməmiş alışar?

A ş ıq Həsən

Sənə xəbər verim, mötəbər aşıq!
O, kitabdır, səsi çıxmaz, danışar.
O, aydır ki, uçar qanad çalmadan.
O, sevdadır, od dəyməmiş alışar.

Səndən xəbər alım, mötəbər aşıq!
O nədir ki, hər bir şeydən ucadır?
O nədir ki, adı vardır, özü yox?
O nədir ki, hər bir şeydən qocadır?

A ş ıq Səməd

Mən bilmədim, aşıq, özün cavab ver!

A ş ıq Həs ən

Kim istərsə, gəlsin, meydan açıqdır!
Qoca olsun, cavan olsun, fərqi yox;
Mən soruşum, cavab versin, o soruşsun, mən deyim,
İstər sözü min pərdədə nihan olsun, fərqi yox.

A ş ıq Qərib

İzn verin hər nə deyir, cavabını mən verim!

Xor

Otur, canım, axmaq olma, ona kimsə irişməz!
O aşıqdır, sən bir çoban, otur, ona güc düşməz!

Aşıq Qərib

Mən verərəm cavabını, açıq meydan qoy gəlsin!
Qoyun gəlsin, mərd istərəm bu meydanda söz desin!
Sənə xəbər verim, mötəbər aşıq!
O, sevdadır, hər bir şeydən ucadır.
Ədalətdir, adı vardır, özü yox.
O, günəşdir, hər bir şeydən qocadır.

Xor

Sağ ol, aşıq, yaşa, yaşa!

AşıqQər ib

Səndən xəbər alım, mötəbər aşıq!
O nədir ki, candan baha alınar?
O nədir ki, yanğın salar, odu yox?
O nədir ki, bir baxışla çalınar?

A ş ıq Həsən

Mən bilmədim, oğlan, özün cavab ver.

Xor

Qərib oğlan, göstər özün, cavab ver!

A ş ıq Qər ib
Sənə xəbər verim, mötəbər aşıq!
Yar vəslidir, candan baha alınar.
O, sevdadır, yanğın salar, odu yox.
Ürək sazı bir baxışla çalınar.

Xor

Sağ ol, sağ ol, heç gözlənməz bu zəka bu görüşdən;
Saf sənindir, saf sənindir, qalib çıxdın vuruşdan.

Xan

Axmaq tayfa, çığırmaqdan heç bir yara sağalmaz!
Hər bir yetən gəldi-gedər şah qızından saf almaz!

Xor

Saf onundur, saf onundur, haqqın desin Xanı mız.
Yaşa, aşıq, sağ ol, aşıq, yaşa, aşıq, çox yaşa!

Xan

Şah qızının cavahiri el döşünə sərilməz!
“Ədalət yox” deyənlərə burda ənam verilməz!
Öz adamları ilə birlikdə gedir. HacıƏhməd gəlir.

Aşıq Qərib

Söylə, nə var, qoca?

HacıƏhməd

Dinlə, oğlan!
Sən söylədin ki, sevda hər bir şeydən ucadır:
Yar vəsli candan baha alınar.
Öylə isə qaç, öz yarını xilas et tez!

Aşıq Qərib

Nə olmuş?

HacıƏhməd

Dinlə, Qərib sən almadın bu gün xələti.
Al, bu nişan, dəyməz ona, bil, dünya dövləti.
Uzaq bir eldə hər gün səni bil ki, vardır
gözləyənlər.
Gözləri yolda qalan var.
Toy olacaq bu günlərdə;
Qız düşər dərdə.
Sən tez getsən, o qalacaq;
Sən getməsən, bil, öləcək,
Yeni gül kimi solacaq.
Toy olacaq bu gün-sabah;
O olur təbah
O qız hər gün gözləyir;
Onu fəlakət izləyir.
Getməz olsan, solacaq;
Sənə qurban olacaq.
Dinlə, Qərib, sən almadın bu gün xələti;
Al, bu nişan, dəyməz ona, bil, dünya dövləti.
Uzaq bir eldə hər gün səni, bil ki, vardır
gözləyənlər.
Gözləri yolda qalan var.
Toy olacaq bu günlərdə;
Qız düşər dərdə.
Gözlər, səni gözlər, səni gözlər.
Sən tez getsən, o qalacaq.
Sən getməsən, bil öləcək.
Toy olacaq bu gün-sabah,
Şahsənəm gedir.

A ş ıq Q ə rib

Getmək gərək! Olmasın xan xələti.
Qurban yara dünya dövləti.

Xor

Hara, hara? Dayan, bir az!
Hara, aşıq, gedirsən, söylə!
Nə var, nə olmuşdur? Dayan bir az!

AşıqQə rib

Ona!
Xor

Ona?

AşIqQər ib

Şahsənə mə.

Xor

Şahsənə mə?
Hara gedirsən, söylə? Aşıq, söylə, hara?

A ş ıq Qər ib

Dostlar, mənə siz verin bir at,
Yetim yarə, ya da bitsin həyat.

Xor

Yaşa, yaşa, yaşa, Qərib!
Ola sənin yolun asan,
Gülsün hər yan,
Ola rəzil xain düşmən!
Yaşa, yaşa, yaşa, Qərib!
Xoşbəxt ol sən, xoşbəxt ol sən!
Dolsun yola əlvan güllər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets