Xaqanilər, Nizamilər yetişdirən bir vətənin,Oğlu, qızı şeir yazır yubileyinə bu gün sənin.

Bu gün bizim yurdumuzda bir bayramın təntənəsi,Bu dağlardan o dağlara əks olunur şerin səsi.Səhər tezdən bülbül uçur, qonur yaşıl bir budağa,Könül deyir sən də bəzən, sən də geyin dur ayağa.Bir şərqi qoş, hörmət olsun bizim qardaş sənətkara,Səhər-səhər al günəşin saçlarını yaxşı dara.

Olsun! Könül sirdaşımdır dost sözündən çıxmaq olmaz,Nəğməmizdən ilham alır ulduzlu qış, çiçəkli yaz.Rustaveli! Gəl qardaşım, əlində bir zərif lələk,Bu günlərə şeir desin sinəndəki böyük ürək.Sən görəndə dumanlıydı Gürcüstanın dik dağları,Bir ölkənin göz yaşıydı şır-şır axan bulaqları.At çapardı yurdumuzda yoldan keçən min bir yağı,Açılmazdı sənin könlün, açılmazdı ay qabağı.O günlərdən xatirədir min vicdanın hekayəti,Xaqaninin, Nizaminin, Füzulinin şikayəti.

Mən görmüşəm Gürcüstanı, oylağıdır gözəllərin,Coşqun axan çayları var, bulaqlan sərin-sərin.Yaz gələndə çox sıx olur Gürcüstanın ormanları,Yel əsəndə dörd bölünür bu dağların dumanlan.Könüllərdə dustaq deyil hər vicdanın, ömrün kamıUca dağlar başındadır igidlərin istehkamı.Əsrlərin yuxusundan göz açmışdır böyük insanOxuyuruq tarixləri bu dağlann yazısından.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland