Bayram qabağı
Yenə baxır gülərüz ay pəncərəmdən xumar-xumar,Yatma, - deyir bu gün mənə sinəmdəki bu duyğular.Bayram gəlir: "Bəzən" deyə sevindirir könül məni;Baş götürüb uçur yenə xəyalımın ağ yelkəniAzad baxan gözlərimdən səadətlər aşıb daşır,Bəxtiyardır mənim ömrüm - ağ günlərlə qucaqlaşır.Hey baxıram yurdumuzun dastan olmuş cəlalına,Dağlar, daşlar qanad verir bir şairin xəyalına...Otuz illik gəncliyimin dəftərində yoxdur qara,Könlüm quşu qanad çalıb qalxır o ağ buludlara.Mən açmışam vicdanımın kitabını varaq-varaq,Öz qəlbini duyacaqdır ellər onu oxuyaraq.Bayram gəlir, bəzən deyə sevindirir könül məni,Baş götürüb uçur yenə xəyalımın ağ yelkəni.İnsan uğlu bir ötmürlük sıxıntıdan qurtulalı,Səhərlərə müjdə verir hər vicdanın istiqlalı.Həyat dərin, nəşə dərin, könül dərin, duygu dərin,Mən saz tutub şeir yazan aşiqiyəm bu günlərin.Ey səhərin ətir saçan, layla deyən sabah yeli!Sən mehriban ana kimi oxşadıqca bizim eliGözlərimdən qüvvət alır quş qonmayan dağlar başı,Dostlar, gəlin bu dağlardan, bu düzlərdən bir də keçək,Əsrlərcə susuz çöllər açılmışdır çiçək-çiçək;Nə zindan var, nə yumruq var, nə aclıq var, nə də zülüm,Qapılardan duman kimi çəkilmişdir vaxtsız ölüm.Al günəşin baxışından ərimişdir qara qışlar,Min bahardan müjdə verir bizim körpə qaranquşlar,Ömrü, günü yasda keçmiş ağ birçəkli yazıq qarıGəlin kimi sığal vurub seyrə çıxır bulaqları.Ürəklərin məhəbbəti, səadəti gözdən aşır,Bizim yerdə keçən həyat qocaldıqca cavanlaşır.Yeddi oğul, ya qız doğan bizim sağlam analardır,İndi bildim analığın nə müqəddəs haqqı vardır.Al qumaşa bəzənmişdir bu dağların gözəlləri,Sağ olsaydı, ağlamazdı Füzulinin qəzəlləri.Azad nəğmə, azad könül yurdumuzun şöhrətidir,Bunlar bizim qanunların insanlara hörmətidir.Enin yerə, saf ulduzlar, halqa vurun dörd yanımda,Al günəşin istisi var mənim təmiz vicdanımda.Bizim şanlı dünyamızda nə ağa var, nə də ki, qul;Qazaxıstan çöllərində şeir yazır qoca CambulDağıstanlı Süleymanı - o ağ saçlı aşiqi bizGündə yeni nəğmə qoşan bülbül kimi dinləyiriz.Azarbaycan dağlarından sular içmiş körpə VurğunKiçik-kiçik şeir yazan bir oğludur ana yurdun.Nədir bizim ömrümüzün şərbət kimi şirin dadı?Nədir bizim çaldığımız havaların böyük adı? –Bu ad dillər dastanıdır, ürəklərin bayrağıdır,Gündüzlərin günəşidir,gecələrin çırağıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-bayram-qabagi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.