Deyirlər, bəşərin çocuqluq yaşıDaim titrəmiş ölümə qarşı…Ölüm! O matəmin pərişan səsi,İnsanın ilk dərdi, ilk fəlsəfəsi,Açarsız, qapısız dəniz kimi lal,Üstündə çırpınıb, döyünmüş xəyal…Onun dəhşətini duyduğu zamanŞaşırmış cəbhədə bəzən qəhrəman…Bəzən də yaşamaq həvəsilə tək,Bir insan ətrafa qılınc çəkərəkBütün bir ordunu heyrətə salmış,Xeymələr dağıdıb, çadırlar almış.Ölüm! o matəmin pərişan səsi,Bəşərin ilk dərdi, ilk fəlsəfəsiDüşündürür bizi bu gün və yarın.Böyük dahilərin, filosoflarınDuyub düşündüyü bu qorxunc cahan,Sirlər yuvası olmuş hər zaman.Onun qüvvətilə düşür xəzəllər,Şairin ilhamı — dilbər gözəllərOnun pəncəsilə torpağa dönür,Parlayan bir həyat onunla sönür.Sanma ki, qorxuncdur ölüm daim,Onda da gizlənir bir canlı məna.Onsuz bu dünyanın olmazdı sonu,Səadət və həyat yaratmış onu.Onsuz açılmazdı şüur və xəyal,Donardı bir yerdə arzu, ideal.Onsuz açılmazdı yeni çiçəklər,Uçmazdı düzlərdə ağ kəpənəklər.Onsuz dəyişməzdi ulduzlar, aylar,Göylərin alnında məğrur saraylarVerərdi hökmünü gündə bir qana –Qılınca, süngüyə, topa, qalxana.Düşməzdi şahların tacı başından,Küsərdi hər şeyə könül və insan;

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death