Qoy əcəl bilsin ki, vəslin bağından,Gül-çiçək dərməmiş keçən deyiləm.O taylı dilbəri özümtək azad,Bəxtiyar görməmiş köçən deyiləm.

Sinəmdə bir dərya sözüm var yenə,Ölümdən, əcəldən deməyin mənə.Süleyman Rüstəməm, xalqa, VətənəBorcumu verməmiş köçən deyiləm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring