Ürəyi xain adam
Sənin soyuq baxışında nə həyat var, nə duyğu,Donub qalmış sifətində qarlı bir qış soyuğu.Açılmamış boğuq rəngin gülər üzlü baharda,Elə bil ki, gəmin batıb qərq olmuşdur sularda.Bir açılsın qaş-qabağın, üzə şax bax bir kərə,Qayda budur: mil salınar əyri baxan gözlərə.Yoxsa sənin murdar ömrün qaranlıqda keçəcək?Aydınlığın bulağından mərd oğullar içəcək.Qaradinməz, yerəbaxan şad xəbərə küsənsən,Yüz il belə yaşasan da dünəndən ölmüsən sən!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-ureyi-xain-adam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
BülbülBahar oldu düşdü ahu-fəryada,Həsrətsən lalətək yüzə sən, bülbül.
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,
Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmazRiyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz.