Tərlanım, tərlanım, gözəl tərlanım!Sənə qurban olsun bu Düşgün canım.Görünsə gözünə bivəfa xanım,De ki, Vurğun gədalara dönübdür.

Tərlanım, tərlanım, bir qalx havaya,Bir yazığın gəlsin mən binəvaya,Məni əğyara satan o bivəfayaDe ki, Vurğun gədalara dönübdür.

Tərlanım, tərlanım, artıbdı qəmim,Dəryayi-eşqində qərq oldu gəmim.Görünsə gözünə xəyal həmdəmim.De ki, Vurğun gədalara dönübdür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets