Sızıltılarım
Xastayım, yalnızım ürəyimdə qəm,Nəyə dəyər həyat, olmasa həmdəm?Sevgisiz, sevdasız həyatı sevməm,Gəl çıxalım seyrə, günlər ötüşsün!
Sürmədim bir həyat canlı dünyada,Şövkətli dünyada, qanlı dünyada,Şu* xəstə konlümdən qopan fəryadaBülbüllər dillənsin, güllər ötüşsün!
Həsrətlər yorğunu, şikəstə könlüm,Ah, şu dərdli könlüm, şu xəstə könlüm,Görmədi mürüvvət bir kəsdə könlüm,Mən gülmərəm aylar-illər ötüşsün!
Yer üzü fanidir, uzaq gəzəlim,Vicdan sədasını əldə edəlim,Bir qaranlıq küncə həp† çəkiləlim,İllərcə paslanan dillər ötüşsün!
Əskimişdir‡ yaram, artiq sağalmaz,Sevdayi-naləmi bir könül almaz.Bu xəstə Vurğunun dərdi azalmazQoy sınıq könlümdə tellər ötüşsün!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-siziltilarim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.