Çanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.Şəcər gəldi, urdu, şikar eylədi,Tökər didələrim sellər, ağlaram.

Nagahandan böylə düşdüm dərdə mən,Necə çəkim eşq üzünə pərdə mən?Gözü yaşlı gəldim Tağaverdə mən,Pərişan olubdur tellər, ağlaram.

Bir şahandaz şahbarım gedibdir,Kəsilibdir ixtiyarım, gedibdir.Köksü dağlı bir tavarım gedibdir,Quruyub lal olub dillər, ağlaram.

Bir Pəri dil aramında qan ağlar,Çəkilib sinəmə dügünlü dağlar,Ölübdür bülbülüm, lal olub bağlar,Saralıb-sovulub güllər, ağlaram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring