Nə yatıbsan ləhaf bəstər içində,Bimarmısan, nədir bəs halın sənin?Eşqin mərəzinin mən təbibiyəmBəyan eylə mənə əhvalın sənin.

İsmi-şərifiniz dada yetişsin,Mətləb alıb hər murada yetişsin.Xaliq özü bir imdada yetişsin.Hifzində saxlasın zavalın sənin.

Bar ilahım gülzarına qıymasın,Xəstə olan bimarına qıymasın,Şirin-şirin göftarına qıymasın,Bağışlasın qaşi-hilalın sənin.

Bir məsəldir: Bağban olan bar çəkər,Əndəlibin həm meyli gülzar çəkər,Allahına bəndə ahü zar çəkər,Qəm çəkmə, kamildir kamalın sənin.

Mən Pəriyəm, eşqə zaram neyləyim,Dərdi-dildən xəbərdaram, neyləyim,Burdan ora intizaram, neyləyim,Şəfalansın nuri-vüsalın sənin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring