Arayıb, axtarıb bir yar sevəsən,Ağıl- mərifətdən ustakar ola.Qohumla, qonşuyla bəd dolanmaya,Mülayim kəlməli, dil şəkər ola.

Əvvəl əsil ola ata-anası,Ola gözəlliyin hər nişanəsi.Ellər tamaşası, göllər sonası,Gözəllər içində bir ülkər ola.

Nola, qocalmayıb qalasan cavan,Çəkəsən dövranı bir neçə zaman.Yanaq gül qönçəsi, üzü məhtəban,Qüdrətdən qaşları qələmkar ola.

Nəcəf, elə canı hər ana doğmaz,İgidlər ahınnan buludlar yağmaz.Adam var ki, dərdi dəftərə sığmaz,Özü yaxşı ola, yar bekar ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring