Nagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.Namərdin yarası öldürməz mərdi,Pozular damağı, həvəsdən olar.

Göz açıb dünyaya qıldım tamaşa,Kim qaçar qəzanın toruna düşə,İki həsrət bir-birinə qovuşa,O gün cənnət bağı gülüstan olar.

Mətahım qəlp oldu, al qumaşım bez,Gəl biçarə Nəcəf, hər cəfaya döz.Yayılar aləmə nəsihətli söz,Ariflər dilində bir dastan olar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice