Kamal sərf edənlər, kamil olanlar,Əgər qulluq etsən, sənət yaxşıdı.Sözün ötkün ola, yığvalın kəskin,Olasan hər işə bələd, yaxşıdı.

Zurnaçı ac olar, aşıq dilənçi,Tozdan nəf götürər bil dəyirmançı,Avara sənətdi misgər, qalayçı,Dəllallıqdan bilsən lənət yaxşıdı.

Bir gün səfər eylər ömrünün köçü,Qanana dərindi mətləbin içi,Dünya bir bazardı, insan alverçi,Nəcəf, alsan sən rəhmət, yaxşıdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets