Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.

Gündə min aşiqi öldürsə xədəngi-nazınKönlümün çox sənə, zalim, yenə qeynər qanı.

Türreyi-guşeyi-çeşmin elə qan ilə xizab,Xoş olur şəhpəri-laçində kəbutər qanı.

Dişlədim ləlüvi, ey qanı sovuq, qan oldu,Sən də lök qanımı, tut qanə bərabər qanı.

Nigəhin gizlədir ol məst gözün, çünki bilir,Qanlının qanına bais olu xəncər qanı.

İçərəm qanuvu, bu aşiqə, zahid, az öcəş,Çün müsəlmanə hədərdir tökə kafər qanı.

Az fəğan eylə, di get, ay qanı dolmuş aşiq.Eşidər yari-sitəmgər yenə eylər qanı.

Maqta — the closing couplet bearing the poet’s pen name. Can verən eşqdə bir sən deyisən, ey Naşi,Çox bu meydanda axıb nazlı igidlər qanı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love