Keçər
Bir də yolum düşsə yar otağına,Mənim işim hamı kəsdən saz keçər,İşə düşər deyib, danışıb, gülməkAralıqdan yüz min ərkü naz keçər.
Gül gülə sövkəşib, laləyə lalə,Qumrular, bülbüllər çəkərlər nalə.Saqi, bu mövsümdə gətir piyalə,Bir az keçməz, payız gələr, yaz keçər.
Saqi dolandırsın cami-gülrəngi,Düzülsün məclisə lalə, mərdəngi,Oxusun xanəndə, oynasın cəngi,Xəyalımdan setar keçər, saz keçər.
Yəhərləyin kəhər atı dubarə,Tüfəngimi verin, gəlmişəm zarə,Mən istərəm bir də çıxam şikarə,Çox deyillər: "Bu kövşəndən qaz keçər".
Az mənim bağrımı qan ilə doldur,Dərdin bu canımda hamıdan boldur,Deyillər: "Könüldən könülə yoldur",Şükuhi könlündən niyə az keçər?
Kitabxana.az · https://kitabxana.az/en/works/sukuhi-kecer
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
Bir beləƏbəs-əbəs çəkmə zəhmet sevdiyim,Verme ziynət xəttü xalə bir belə.
Gəlsin, gəlməsinBir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?
Poems by other poets · Wine and the tavern
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
دست حافظ به در از جامۀ خوابهشته در دست یکی جام شراب
نگه ز دیده من اشکبار برخیزدنفس ز سینه من زخمدار برخیزد
Truppa deyirQoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.