Bahar oldu düşdü ahu-fəryada,Həsrətsən lalətək yüzə sən, bülbül.Ya gərək canını salasan oda,Ya gərək əlini yüzəsən, bülbül.

Xızr kimi boylayıbsan dərinə,Xar yalayır qızılgülün dərinə,İsmi Pünhan açsa şəfqət dərinə,Verrəm haqq yoluna yüz əsən, bülbül.

Molla Cuma ümid bağlar hər ayə,Bir dərindən çıxıb getsin harayə,Haray etsəm gəlib yetiş haraya,Yetirdin dərdimi yüzə sən, bülbül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring