İsmi Pünhan, o mövlanı sevərsən,Çəkmə seyrəqubla məni düz dara.Amandı, sevdiyim, gəzmə pərişan,Zülflərini gərdanına düz, dara.

İsmini çəkəndə dilim inciməz,Vəsfini yazanda əlim inciməz,Gündə yüz zülm etsən halım inciməz,Mənsur kimi çəkilmişəm düz dara.

Molla Cuma necə dözsün bu dağa,Bu sitəmə, bu düyünə, bu dağa,Məcnun edib saldın məni bu dağa,Ha gəzirəm eniş, yoxuş, düz dara.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love