Qafiyə və təcnisin deyişməsi
QafiyəEy dörd hərfli, salamımı qəbul et,Məndən salam bir də yara deyərsən.Sidqi-dildən bu naməyə nəzər et,Sonra sən də o dildara deyərsən.
TəcnisDesən sağ ol, deməsən də nə deyim?Desən dedin, deməsən də nə deyim?Saxlaginən dildə desən nə deyim?Deyər olsan vara-vara, deyəsən.
QafiyəEşqin kitabından almışam dərsi,Söylə sən avandı, söyləmə tərsi,Nə ərəbdi, nə türküdü, nə farsi,Oxuyuban qan işarə, deyəsən.
TəcnisÇün arifsən işarəni qanasan,Təhər, töhmət eyləyibən qanasan,De yazıqdır, bais olma qana sən,Can alandı, o xunxara deyəsən.
QafiyəƏlif ki, var əlif beyin başında,O Sələfdir mahıların tuşunda,Gər ləlisə, bədəxşanın daşındaSatılmazmı bir tüccarə deyəsən.
TəcnisTüccarıyam, allam ləli-Yəməni,Haqq çıxarsın aralıqdan yamanı,Xədənginə nişan etdi ya məniCiyər oldu parə-parə deyəsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/molla-cume-qafiye-ve-tecnisin-deyismesi
More by this author
Dağıstandan Molla Cumanın bir aşıq dostu varmış. MollaCuma ona ismarış göndərir ki, bir dənə yaxşı qoç göndərsin. Aşıq
Molla Cümə və Bilalİsti yay günlərinin birində Molla Cuma yoldaşları ilə toyagedirmiş. Bu an qarşıdan kəndliləri Bilal bir araba yemişlə bostandan
Molla Cümə ilə Aşıq Donunun deyişməsiGünlərin birində erməni aşığı Aşıq Donu (Aşıq Donu ŞəkininDaşbulaq kəndindən olub) Molla Cumagilə gəlir. Allah verəndən
BayatılarƏzizim, yüz il məni,Xalına düz ilməni.