Molla Cümə ilə Aşıq Donunun deyişməsi
Günlərin birində erməni aşığı Aşıq Donu (Aşıq Donu Şəkinin
Daşbulaq kəndindən olub) Molla Cumagilə gəlir. Allah verəndən
yeyib-içəndən sonra aşıq Donu getməyə hazırlaşır və deyir:
- Cuma, sən hələ cavansan, mənsə qocalmışam, uzağım yaxınlaşıb.
Şeirlərindən bir neçəsini ver, aparım, dəftərimdə yadigar
qalsın.
Molla Cuma onun xahişini yerinə yetirir və deyir:
Aşıq Donu, sən qocalmısan, elə bir söz yadigar qoyub get
ki, bizdən əvvəlki aşıqlar o üsulda söz deməmiş olsunlar və bizdən
sonrakılara bir şey vermiş olaq. Aşıq Donu fikirləşir ki, aşıq ədəbiyyatında
indiyə kimi ustadnamə var, divani var, təcnis var,
cığalı təcnis var, müxəmməs var, cığalı müxəmməs var, qəzəl var,
gözəlləmə var və s. hamısı var, əvvəl-axır var və il. Başlayır ki:Cuma, gəl indiyə kimi heç kim deməyib, biz cığalı gəraylı
deyək.
Cuma qayıdır ki:
- Ay ustad, o qonşudan gəlməyib, evdə bişməyib. Nə bilim
necə şeydi? Sən başla yeri, mən arxanca gəlim.
Alır Aşıq Donu, belə deyir:
Yeri-yeri çeşmi laçın,
Özgələrə vermə maçın.
Dal kərdanda siyah saçın
Hörüb, sökər,
Yana tökər,
Şana çəkər, tel vay eylər.
Aldı Molla Cuma
Aşıq məşuqdan ayrılsa,
Canı yanar, göz vay eylər.
Yarı yadnan gəzən görsə
Bir ah çəkər,
Qəddin bükər,
Yaşı tökər göz vay eylər.
Aldı Aşıq Donu
Yeri-yeri ləbi qönçə,
Boyu uzun, beli incə.
Məlul, məlul sən gəlincə
Gözüm baxar,
Eşqin yaxar
Kəmər sıxar, bel vay eylər.
Aldı Molla Cuma
Qiyməti yoxdur maçının,
Müşkül-ənbərli saçının.
Bəxti dönsə bir ovçunun,
Dağdan köçər
Murğu uçar
Ceyran qaçar, düz vay eylər.
Aldı Aşıq Donu
Kərəm sevdi Əsli xanı,
Uçurdu tülək-tərlanı.
Bir yar üçün aşıq Donu
Qaynar, coşar,
Həddən aşar,
Ayrı düşər, el vay eylər.
Aldı Molla Cuma
Fələk qoymur yetəm kama,
Kim dözər böylə sitəmə,
Dost boynuna Molla Cuma
Qolun dolar,
Qurban olar
Busə alar, üz vay eylər.
Kitabxana.az · https://kitabxana.az/en/works/molla-cume-molla-cume-ile-asiq-donunun-deyismesi
Use ← → keys to move, R for a random poem
More by this author
Adı dillər əzbəri olan qərib diyarlı bir aşıq deyirdi ki, mən özmahalımda, Aşıq Molla Cuma da Şəki mahalında, iki qoçun başı
Haram ətDağıstandan Molla Cumanın bir aşıq dostu varmış. MollaCuma ona ismarış göndərir ki, bir dənə yaxşı qoç göndərsin. Aşıq
Molla Cümə və Bilalİsti yay günlərinin birində Molla Cuma yoldaşları ilə toyagedirmiş. Bu an qarşıdan kəndliləri Bilal bir araba yemişlə bostandan
BayatılarƏzizim, yüz il məni,Xalına düz ilməni.
Poems by other poets
Könlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
Ömrümə yazmasınlarMənə elə gəldi ki, sənsiz keçinərəm mən,Yanıldım, ey sevgilim, qəlbimdən köçmədin sən.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Fərhad olmazDərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,