Bu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!

Yağış gərək çölə yağsın, nə şəhr, bazarə,Nə xeyri var sənə üstü başımı yaş görüm?

Bir aydı üst-başım zığdı, başmağım palçıq,Özün mələklər ilə bircə gün sulaş görüm.

Nə vaxt yağıbdı yağış, küçələrdə it boğulub,Nə vaxt yağıbdı dolu, sındırıbdı baş görüm.

Bahalıq ildə acından ölənləri gördün,Tapa bilir oların qırxı bir lavaş görüm?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring