Çəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,

Ələ əbnayi-zəman səngi-məlamət götürüb,Gör nə şövq ilə baxırlar məni-divanə san!

Vaizin pəndi ki, hərgiz mənə təsir etməz,Yüz min əfsun oxuya, getmənəm əfsanə sarı.

Dəftəri-hüsnünü hər kəs görə ol mahruxun,Min kitab oxuna, baxmaz dəxi Quranə san.

Səbhə göstərmə mənə, zahid, əmaməndən utan,Mürği-zirək ki, görə dami, dönər danə sarı?

Mən ki divaneyi-eşqəm, mənə çox söylməyin,"Hu" deyib, baş qoyaram kuhü biyabanə sarı.

Maqta — the closing couplet bearing the poet’s pen name. Eşq ara bülbüli-pabəstə idi Bixudi-zar,Bağban açdı pərin, atdı gülüstanə sarı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love