Cövr ilə tökdü qanımı, fəryad, gözlərin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Cövr ilə tökdü qanımı, fəryad, gözlərin,
Öldürdü aqibət məni cəllad gözlərin.
Hər yanda bir ümid evi tikdimsə səbrdən,
Yıxdı, dağıtdı, eylədi bərbad gözlərin.
Min can alır baxanda bir oğrun nigah ilə,
Kimdən alıb bu dərsi o ustad gözlərin.
Qalmaz Xitadə, Çində ahu, edər şikar,
Bir guşə ilə baxsa o səyyad gözlərin.
Etməz əsər səna dili-biçarə naləsi,
Qan içməyə olub dəxi mötad gözlərin.
Zülfün kəməndinə dili-miskin əsir olub,
Rəhm eləyib nola edə azad gözlərin.
Eylə şəhid Bixudi tiri-nigah ilən,
Xunrizlikdə ta ki, qoya ad gözlərin.
Kitabxana.az · https://kitabxana.az/en/works/aga-haci-molla-tagizade-covr-ile-tokdu-qanimi-feryad-gozlerin
Use ← → keys to move, R for a random poem
More by this author
Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?
Kim verdi dünən bəzminizə bağdə zivərKim verdi dünən bəzminizə bağdə zivər,Hansı qədi ərər?
Zahid, bu fəna mülkdə dövran sənin olsunZahid, bu fəna mülkdə dövran sənin olsun!Verdim sənə yeksər.
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.