Söz alağı
Çəkdiyimiz bu dərdlər, müsibətlər, bəlalarQədərin qəzasımı?Günahkar bəndələrə Allahın cəzasımı?Özümüz də bilmirik nədən nə istəyirik"Əgər belə olarsa, elə olar" - deyirik.Ədalətin saplağı asılır bir "əgərdən".Sözlər düşüb kəsərdən, sözlər düşüb dəyərdən.
Sözdən bina tikirik, daşı yox, kərpici yox,Prezident fərman verir, icrası yox, gücü yox.Boş-boş əmrlər ilə qaralanır kağızlar,Qatıq kəsmir ağızlar.Şəhdli-şirəli sözlər maça kimi sürtülüb,Hara gəldi dürtülüb.Söz itirib rəngini, çəkisini, tamını –Öz ilkin anlamını. Sifəti də bozlaşıbYaman həyasızlaşıb. Sözlər elə dəyişibDünən ağ bildiyimizBir gün sonra ağ olmur,Elə üz göstərir ki, onu tanımaq olmur.Söz qiymətdən düşəli yaman artıb sellənibSellənməyi bir yana, daş kəsəklə lillənib.Kürsülərdə, efirdə, zəhərləyib havanıİndi meydan sulayır neçə söz pəhləvanı.Qanadlı nitqləri basıb sözün alağıHünərin var seç görüm kəhər atdan ulağı.Əlindən iş gəlməyənSöz ilə basıb-kəsən quru bəyə bənzərik.Oxuduğu sözlərin mənasını bilməyənMüğənniyə bənzərik.Fələyin çarxı döndü,Başqa donda göründü.Heç olmasa bir anlıq boylanmadıq çarxa daBizim arxamızdakı bizi qoydu arxada.Qabağa tələsmədik.Qalxan kimi qorunduq, qılınc kimi kəsmədikBilmədik, haqq yolundan biz nə zaman sapındıq.Tapınmadıq məsləkə, nəfsimizə tapındıq.Bir yerdə ki, əməllər sözün yedəyindədir,O ölkədə bilinməz yaxşı nədir, pis nədir.Bir yerdə ki, susdurur, aqili yelbeyinlərBir yerdə ki, körpələr, türfə qızlar, gəlinlərDüşmənin pəncəsində bu gün dustaq olubsa,Dədəmizin torpağı dədəmizin qulunaƏgər oylaq olubsa,Vay bizim halımıza –Ölən amalımıza!
Bir yerdə ki, gah Əli, gah Vəli alqışlanırDüşmənə tuşlanası od ağızlı silahlarÖz xalqına tuşlanır.Bir yerdə ki, namus, ar inzivaya çəkilir,Bir yerdə ki, qaçqının payına göz dikilir,Bir yerdə ki, ürfanın cəhalətdən fərqi yox,Bir yerdə ki, yalanın həqiqətdən fərqi yox,Bir yerdə ki, rüşvətdir ədalətin təməli,Bir yerdə ki, şəhidlə fərarinin əməliBir-birinə qarışmış,Bir yerdə ki, yasla toy, xeyirlə şər barışmış,Bir yerdə ki, kiməsəxəlvəti him-cim etmək,Halalca torpağını düşmənə təslim etməkAdicə bir işdisə,Ölüm adiləşibsə,Matəm adiləşibsə,Dərd, qəm adiləşibsə,Bir yerdə ki, millətin haqqı hərrac malıdırO ölkədə Vətən də, el də satılmalıdır.
Çörək bahalaşanda, qeyrət ucuzlaşarmış,İnsan ürəyilə yox, mədəsiylə yaşarmış.Ət-qızıl qiymətinə, vicdan su qiymətinə,Yalan od qiymətinə, iman su qiymətinəSatılırsa, susmağı, gəlin, sayaq hünərdən,Günəşi də gözləyək dünən batdığı yerdən.
İyun, 1993
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-soz-alagi
Use ← → keys to move, R for a random poem
More by this author
Qəribə zamanda yaşadıq, oğul,Bilmədik maskayla üzün fərqini.
Təzədən yaratsın yaradan biziYalan mamırlanıb ürəyimizdəHaram maya tutub çörəyimizdə.
Ümidə heykəl qoyunÜrək yaşar həmişəÜmidiylə qol-boyun.
Vətən marşıEy Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Poems by other poets
Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
Qürur nəğməsiNə qəm, illər sovuşur,getdikcə artır yaşım.
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"