Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.Ləbrəngindən özgə şəfa bilmənəm,Əgər gəlsə mən xəstəyə yüz dərdə.

Xalların tək can quşuna yasərdən,Harda görsən həzər elə yasərdən,Səni gör, kəc əqlim getdi yasərdən,Divanə tək gözüm qaldı yüz dərdə.

Üstümüzə gətirübsən bağısan,Tağ boynuna kələbatın bağısan,Naz ilən gir, seyr elə, gül bağısan,Süsən-sünbül, gül, qönçəni yüz dərdə.

At oxunu bu Əyvaza, dəryanı?Qəvvas olan boylamazmı dəryanı?Kəlbin olsun, sənə qalsun dəryanı,Sərgərdan mən dolanmayım yüz dərdə.

Random poem

Poems by other poets · Nature and spring