Bir iyidin bəxti olsa,Ellər ona yar olarmış.Dönüb işi tərsə düşsə,Yarı da əğyar olarmış.

Bülbüllər çıxa bahara,Sözləri bənzər gövhərə,Kim getsə pulsuz bazara,Şəhər ona dar olarmış.

Eşqin səməndini yaran,Dost yolunda boynun buran,Cavanlıqda dövran sürən,Qocalıqda zar olarmış.

Kimdi mənim dərdim bilən,Gözdən axan yaşım silən,Cuma kimi yarı olanAğlamaqdan kor olarmış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love