Gözəl səndən xəbər alım,Var əndamın qarmı sənin?Dilin şirin, ləbin ballı,Bizə rəhmin varmı sənin?

Qəddin çinar, belin şüşə,Dişlərin oxşar gümüşə,Buxağındı gül-bənövşə,Yanaqların narmı sənin?

Döşündə bir cüt şamama,Nə yaraşır gül əndama,Layisqili Molla CüməDoğru söylə, yarmı sənin?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring