Gözəl, bircə, gözəl, dayan burada,Gözəl dərdim gözəl deyim sənə, get.Gözəl günüm gözəl qoydun qarada,Gözəl, rəhmin gözəl eylə mənə, get.

Gözəl, varmı gözəl dərdə dərmanım,Gözəl aldı, gözəl dinim, imanım,Gözəlimsən, gözəl İsmi Pünhanım,Gözəl doğru, gözəl cavab denə, get.

Gözəl Cuma, gözəl, doymaz sözünnən,Gözəl, qorxdum gözəl xumar gözünnən,Gözəl busə gözəl verib üzünnən,Gözəl canın gözəl qatıb cana, get.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets