Başına döndüyüm alagöz ceyran,Aç gözünü, amandır, bir bəri bax.Yar olan yarına eylər bir çarə,Halım olub yaman, bir bəri bax.

Giriftar eylədin dərdə məni də,Gül durubdu, sevdiyim, sağ yanında,Mən ovçuyam sən maralın dağında,Sürüdən ayrılmış, ceyran, bəri bax.

Cüməni salmısan sən yanar oda,Qoymadın, əzizim, yetəm murada,Əslini bilmədim, ey mələkzadaHurisən, Pərisən, qılman, bəri bax.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love