Sevdiciyim, məndən sənə əmanət,Hər yetənə, yalançıya aldanma.Azdırarlar, fərar edər xasiyyət,Hər gördüyün dilənçiyə aldanma.

Üç-dörd arşın bekar çitdən ötəri,Bir girvənkə şəkər, qənddən ötəri,Ağı olmuş beş qənfitdən ötəri,Hər çərçiyə, dükənçiyə aldanma.

Molla Cuma səni sevdi əzəldən,Əlin çəkməz sənin kimi gözəldən,Evlər yıxan, araları düzəldən,Araçıya, tələçiyə aldanma.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love