Dəhrin fəna mübarizəgahi-həyatına,Hökmi-qəza əlilə atılmışdı bir səbi.Sığmazkən aləm, adəm onun kainatına,Tiflanə mələbəydi hənuz ümdə mətləbi.Şerin pərisi ziri-cənahi-ümidinə –Lakin haman yetimi alıb, verdi tərbiyət.Məktum olan xəzaini-həqqin kilidinə,Ol tifli məhrəm etmək ilə qıldı mərhəmət,Təqdim etdi sonra ona bir alovlu saz,İlham qüvvəsilə oxutdurdu şairi.Qəlbilə telləri sazının etdi ehtizaz,Eşq atəşilə yandı üruqi-məşairi.Sevdirdi bir ilaheyi-hüsnün cəmalını,Olduqda tiri-qəmzə ilə sinəsi şikaf,Şair də öz nətayici-hissü xəyalını –Hərdəm yazıb da sevdiyinə eylər ittihaf.Lahutə münətifdir onun qəlbi-didəsi,Hər kəsdən artıcaq görüb eylər həm ehtisas,Əlvahi-asimani ikən hər nəşidəsi,Divanə zənn edir onu lakin avami-nas.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şairi-mərhum Sabir əfəndinin qəbri

Keçən on iki iyulda sevimli şairimiz Sabir əfəndinin vəfatının bir illiyi münasibətilə heç olmazsa qəbri üzərinə bir daş salmaq üçün atidəki vəch üzrə zəvati-giram ianə buyurdular:Hacı Əbdürrəhim Səmədov 3 manat

19121 min
Müqəddimə

Yazmaq bir fikrə möhtac isə, tərcü- mə etmək iki fikrə və hüsni-intixab üç fikrə möhtacdır.*Səid bəy*

19121 min
Bir-iki söz

Şairlik iddiasını etməməkdən başqa hələ onun məqami-büləndini vəsf və bəyan etməkdə olan ədəmi-iqtidarımı da kəmali-icz ilə iqrar edirəm. Burasını Şeyx Nizami həzrətlərinin:Pişü pəsi daşt səfi-kibriya

19121 min
“Sövqat” oxucularına

“Sövqat” qəzetinin mövqeyi-intişara qoyulması ilə mətbuatımızın zənginləşməsini və bununla mübarizeyi-həyat meydanında bir qədəm daha irəli qoymamızı görüb də ixtiyarsız da şadlanırdım. Hələ heyətitəhririyəsinin münəvvər gənclərimizdən təşəkkül etməsi məni çox sevindirir. Müvəffəqiyyətlərini diləyirəm. Yalnız quru bir diləməkdən nə fayda? “Keçməsin bu ömrümüz bihudə istimdad ilə” misrasının məzmuni-həqiqətnümununa binaən yalnız diləmək deyil, çalışmaq da lazımdır. Əfradi-millətdən hər kəs gərək öz öhdəsinə düşən vəzifəni ifa etməkdə qeyrət göstərsin. Xassə bu əsri-hazırda, millətlərin çarpışdığı bu zamanda boş oturub quru bir istimdad ilə vaxt keçirmək məsiyətdir. Yaşamaq istəyirsək, gərək çalışalım. Gərək lamə halə qonşularımızda gördüyümüz səy üsullarını qəbul etməkdə tərəddüd göstərməyəlim, qəzetlər, risalələr nəşr edəlim; cəmiyyətlər təşkil edəlim; avam kütləsinin başını bir yerə toplamağa, ümumi ruhu yeniləşdirməyə çalışalım. Fəyyazi-əzəl o vaxtda öz mərhəmətilayətənahisini bizlərə də şamil qılar. Fəqət burada zənni-acizanəmə görə vəzifəmin ən ağırı, ən zəhmətli hissəsi el müəllimlərinin öhdəsinə düşür. Hamıdan artıq gərək onlar ciddi surətdə işə girişsinlər, əzm göstərsinlər. Təpərli olsunlar. Qonşu millətlərin müəllimləri nasıl ciddü-cəhd ilə çalışırlarsa, necə qeyrət göstərirlərsə, biz də onlardan ibrət dərsi alalım. Və lakin nə fayda ki, el müəllimləri adlanan zatların əksəri ana dilinə əsla rəğbət və məhəbbət etmirlər. İstər evlərində, istər məktəblərində ana dilinə dair bir vərəqpara olsun saxlamırlar. Hətta bəziləri var ki, bu dəyərli ada, bu ehtiramlı mövqeyə əsla istehqaqları yoxdur. Əcnəbi dilini bilmədikləri halda ana dillərində qonuşmağa belə tənəzzül etmirlər. Təəssüflər olsun ki, bizim millətdə mühitə çox tez qapılmaq kimi böyük bir nəqisə vardır. Qədimdən bəri bu çirkin adət bizdə mövcuddur. Səviyyeyi-mədəniyyəsi bizdən yüksək olan əqvamın lisanına, adatına, etiqadatına qolaylıqla qapılıb alışmışıq. Məsələn, bir vaxt ərəblərin təhti-hakimiyyətində olduğumuz zaman onların lisanlarına, adətlərinə elə şiftə və firivtə olmuşuq ki, İbn-Sina kimi, Farabi kimi dahilərimiz türk oğlu türk olduqları halda on cildlərə baliğ olan qiymətli əsərlərinin heç birinin türkcə yazmamışlardır. Onlardan sonra yetişən türk şairləri, türk ədibləri ümumən yazdıqları fars dilində olmuşdur. Hələ şairlərimiz, ədiblərimiz dursun, hətta bütün türk sülaləsindən yetişən hökmdarlarımız, padşahlarımız da yazdıqları, qonuşduqları dil fars dili olmuşdur. İndi isə, indi daha nə söyləyim!İş əgər yalnız bir dil bilməyə qalsaydı, yenə dərd yarı idi. Xeyr, əsl əngəl orasındadır ki, əcnəbi millətlərin adətlərinə, etiqadlarına, hissiyyatına qapılmaqda çox laübalıyıq və gələcəkdə bunlardan nə nəticə hasil olduğunu əsla nəzəri-etibara almırıq. Zira bu aşkardır ki, öz qədrini bilməyənin qədrini özgə heç vaxt bilməz. İnsanda gərək izzəti-nəfs, gərək alicənablıq olsun. İnsanam deyən adam gərək bu məziyyətlərə dara olsun. Əgər belə deyilsə, bəs bugünkü gündə bu millətlər müharibəsi nə üçündür? Yəqin ki, bir millət digər millətə üstünlük etmənin qabağını saxlamaq üçündür. Elə isə biz nə üçün öz millətimizi ataq, öz millətimizi mühafizə etmək uğrunda öhdəmizə düşən vəzifəni ifa etməkdə qüsurluq göstərək?

2 min

Poems by other poets · Love