Ölü, səssiz, dumanlı səhradə,İştə bir əski şəhr məridir.Qeyri-adi halı bu əsnadə,Qəmli bir macərayə məbnidir.

Atılır toplar ən uzaqlarda,Eşidilməkdədir təraqələri...Xalq şaşqın, bazar, sokaklardaŞəhrdən kəsmədən əlaqələri.

Qışlalar, qələlərlə məscidlər,Atəş içrə alovlanır, yaxılır.Bürclər, qübbələrlə məbədlər,Pozulur, münhədim olur, yıxılır.

Şeylə, insanla yüklü çox furqun,Qaçışır arxasınca bir-birinin...Halı pozğun, dodaqları solğunÇocuq ağlar dalınca madərinin.

Həyəcanlarla, xofü dəhşətlə,Qapı, dərvazə örtülüb açılır.İztirabü kədərlə, dəhşətlə,Acı göz yaşları üzə saçılır.

Qorxudan cümlə xalq olub əsəbi,Çıldırıb iş görərəkən ağlı şaşır.Mövc urur, qaynaşır qarınca kimi,Müxtəlif səmtə yügrüşür, qaçışır.

Bir an əvvəl qaçıb qutarmaq üçün,Hamı var qüvvəsiylə səy eləyir.Xəstə, düşkünləri aparmaq üçünBir-birindən müavinət diləyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets