Çox yaşa!
Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Türklər ərz etdi görürsüzmü ya?İştə gəlir hərbə qrek, Serbiya,“Biz hələ hazır deyiliz davaya”.Boylə cavab söylədi Kamil paşa,Afərin, əhsən belə aqil paşa!
Elmü fərasət belə olsun gərək,Səbki-rəyasət belə olsun gərək,Rəsmi-siyasət belə olsun gərək,Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Etsə də düşmən sizi hərgah hədə,Yığma qoşun, cəm eləmə sərhədə,Boş yerə etmək nə gərək ərbədə,Gər çalına zurna müridlər coşa,Haşa siz ilə bir adam sallaşa!
Mastika iç, ver uruğu qəlyana,Baxmaq, əfəndim, nə gərək Balkana,İşləriniz olsa fəna, əhyana,Min vapora, qaç Yapona birbaşa!Baxma qalan xırda qohum-qardaşa!
Həbs elə hər yerdə cavan türkləri,Çünki olar əyri qoyur börkləri,Düşməniniz tərsə geyib kürkləri,Sizləri hər vaxtda basarsa daşa,Təqsirini yüklə o dəm yoldaşa.
Eybi nədir düşsə əgər partapart,Vur, dağıt, öldür, yıxıl öl, şartaşart,Lobyəni zeytun yağı ilə qızart,Doğra daha bamiyəni bozbaşa,Sonra toyuq köksü ilə get aşa,Qəlyanı çək, qəhvəni iç, çox yaşa!Afərin, əhsən sənə, Kamil paşa!
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-cox-yasa
Use ← → keys to move, R for a random poem
More by this author
İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Poems by other poets · Satire
Gətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
ÜstünəBax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?
Divanbəyiləri həcvSəndən ayrılandan sonra, Nəsir bəg!İstədim qayıram bir nəzmi-göyçək!
Şeyx əmi!Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!