Studentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,Başımız vodka ilə dolduqda,Çıxarıq səhnəyə artist olarıq.

Yoxdur heç məsləkimiz, məzhəbimiz,Belə tiplər yetirir, məktəbimiz,Fikrimiz zövqü səfa sürməkdir,Yaşamaqdan tək odur mətləbimiz.

Gah gülüb, gah yügürüb, gah ularıq,Gah qusub fərşi-libası bularıq,Paltarın düyməsini gah da açıbXalqın üstün-başın azca sularıq.

Yoxdur insafü sədaqət bizdə,Nə də düz-doğru rəfaqət bizdə.Qaldı tənbəlliyi sorsan, o da var,Babadan qalma bir adət bizdə.

Studentik, deyilik biz realist,Aramızdan çıkamaz idealist.Sevərik təkcə cibişdanımızı,Eqayistik, ateist, sansualist.

Bizləri sahəti-Şirvan yetirir,Nə ki vəhşi, cibişdan yetirir,Ay bölə ölkə abadan olasan!Bax, nə qeyrətli müsəlman yetirir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire