Bu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?Ancaq bilirəm günbəgün olmuş bazar ərzan,Dükançılar e’lan edib hürriyyəti-vicdan.Hər bir mal ucuz, yaxşı keçir əmri-məişət,Mal birsə də var hər kəs üçün bir yeni qiymət.Çatmazsa pulun almağa səs eyləmə amma,Çünki satılır hər kəsə bir qiymətə əşya.Zira salıb alverçi elə tazə bəhanə,Natiqlik edir müştəri girdikdə dükanə.Görcək səni filfövr açacaq duzlu hekayə,Söylər ki, — bu ay min manata çıxdı kirayə,— Hər kəlmədə söylər, — evimi yıxdı komunxoz,Alsa bu pulu, axırıma çıxdı komunxoz.O qədər nalog yüklədilər arxama əl’an,Dörd qıçlıya çatsan, dağılar bir günə palan.Hələ xəbərin yox bu ayın lampa pulundan,Artar o da ayda iki yol, bezmişəm ondan.Aksizlər ilə ki, hələ var başqa qiyamət,Onlar qudurub, mə’ruf olub gizli ticarət.Tə’zim edərəm hər biri rast gəlsə hərifinHərdən sorarəm müxtəsər, əhvali-şərifin.Yüz milyon alır bir tayı qaldırmağa hammal,Etsin necə taqət belə bir məsrəfə baqqal?Bundan da pisi, evdəki xərcim daha şişmiş,Arvadlarımın zülmü də payanə yetişmiş:Tufli cütü altmış manata çıxdı nihayət,Düşmüş təzədən şəhrə qızıl sumkalar adət.Ətrin şüşəsi az qala olsun iki onluq,

Dörd min manata mirvarı bir şəddə boyunluq.Düşmüş inki ev xərci mənim üstümə naçar,Hər nə görüb istər o iki zalimü-qəddar,Liza tazə şlyapa görüb eyləyir israr,Gülçöhrə tələb etmədə çadirşəbi-zərtar.Cəm eyləmişəm bunca məsarifləri mən də,Labüdd qalaraq yükləmişəm bir kisə qəndə.İşlər belədir, incıməsin müştəri qardaş,Çox istəmirəm, olsa yetər bir kasa bozbaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci pərdə

Birinci pərdə vaqe olur bir qoyun otlağında. Ara-sıra xurma ağaçları görünür. Qoyun sürüləri Şəriənin kənarında yatırılmışdır. Yə’qubun çoban qiyafətli oğlanları xurma ağaçlarının kölgəsində toplanıb danışırlar. Hava çox istidir. Yə’qubun oğlu Cad çoban qiyafəsində gəlir və çox qeyzli bir surətdə qardaşlarına yanaşır.*Cad** — Qovurur beynimi atəşli səma,

5 min
İkinci pərdə

Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.*Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.*

3 min
Üçüncü pərdə

Vaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır.*Malik** — *(Yusifə)*

4 min
Dördüncü pərdə

Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*

6 min

Poems by other poets · Satire