Yubiley aşiqi
Yubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,İstəyirəm sərhədi burda bir qədər keçəm,Komitəmin üzvünü, sədrini özüm seçəm.Şirin arzularımı salsın plana dostlar,Şöhrətimi mahnıtək yaysın cahana dostlar.Qayıdam uşaqlığa,Başlayam şıltaqlığa.Əldən salım sədrimi,Ta ki, bilə qədrimi.Haqqımdakı çıxışlar özümə göstərilsin,Mənə könlüm istəyən hədiyyələr verilsin.Hər mahaldan bir xalıOlsun dədəmin malı.Gəlsin büllur qab-qacaq,Gümüşdən çəngəl-bıçaq.Qoyun-quzu, yağ-düyü, qaz-ördək, toyuq-cücə,Yubilyarın cibləri gərək düşməsin gücə.Haqqımda nə deyirsə desin hər ağzıgöyçək,Nəyə lazım gül-çiçək.Könlümə verməz ilhamQuru kağız, teleqram.Nağıllarda deyilən qırx gün, qırx gecə, azdır,Ayaqüstü, atüstü təntənə gəlməz vecə.Nə qədər ki, mənimtək sədrimin kefi sazdır,Şənliyimə ayırsın dörd yüz gün, dörd yüz gecə.Bunlar istəklərimin mində biridir hələ,Mənim utancaqlığım yaxşı tanışdır elə.Haqlı tələblərimə, sədd çəkən varlığımdır,Həddindən çox, çox artıq təvazökarlığımdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-yubiley-asiqi
Use ← → keys to move, R for a random poem
More by this author
Ömrün cavan çağı qaldı arxada,Can alıb, can verən sənəmlər getdi.
VardıMənim cananımın bir vaxtı vardıGünəşdən, aydan üstün baxtı vardı.
Ömrümə yazmasınlarMənə elə gəldi ki, sənsiz keçinərəm mən,Yanıldım, ey sevgilim, qəlbimdən köçmədin sən.
Bu gecəGəlmədin məclisimə, sevgili canan, bu gecə,Can evimdən elə bildim ki, köçüb can, bu gecə.
Poems by other poets · Satire
Bimərhəmət ə’yanlarına şükr, xudaya!Bu sahibi-milyanlarına şükr, xudaya!
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
Pəh-pəhPəh-pəh, Bakı dönmüş necə gör, xuldi-bərinə,çıx eylə səyahət.
Şuşa mollaları haqqındaHeyf, səd heyf, bu iş bulmadı əncam yenə,Üləma özlərini eylədi bədnam yenə.