Köhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.

Gözləri doymadı meyxanədə meydən, məzədən,Beyninə cumdu ilanlar bu şuluq fəlsəfədən.Soyuq ilhamına gəlsin deyə, qüvvət təzədən,

Küplərə həmlə edib içdi şərab, bəziləri,Vətənə, millətə qaytardı cavab, bəziləri.

Eybəcər xarici mal ruhuna çox xoş gəldi,Evinə bir gecə yox, hər gecə sərxoş gəldi.Ürəfa məclisinə kəlləsi bomboş gəldi.Halını el-obanın etdi xarab, bəziləri,Süfrədə kolbasanı sandı kabab, bəziləri.

Dedi: röyada da yalnız yenilikdir qonağım,Dolu kəlləmdə gərək tərsinə olsun papağım.Qoy dəyişsin yeri, əlcəkli görünsün ayağım.Sevinib əllərinə geydi corab bəziləri,Pozdu “yoldaş” sözünü, yazdı “cənab” bəziləri.

“Gözün üstündə qaşın var” – deyənə vurdu təpik,Gülmədi toyda üzü, yasda durub çaldı çəpik.Dedi: “Zənn eyləməyin millətə biz naxələfik”Dayılı çoxlarına verdi əzab bəziləri,Dayısız bir döyüşə etmədi tab bəziləri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern