Haqq meyi islama haram buyurub;Dərd tüğyan eyləsə, mey içmək olar.Dostun məzəmməti adam öldürür,Düşmanla söyüşüb, döyüşmək olar.

İyid odu namusunu atmasın,Dost ölüncə dosta yalan satmasın.İlqarın dalınca bir baş getməsin,Onu bir qarpıza dəyişmək olar.

Ələsgərəm, mən yetiyəm hər işə,Bir könül ki bir könüllə barışa,Göz gözə baxanda halın soruşa,Aləm düşman olsa, görüşmək olar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern