Düşdü (Qoşayarpaq qoşma)
Sevdiciyim, hanı gözəllər xanı?Güzarımız sizin otağa düşdü.Buyursan fərmanı, alarlar canı,Püşk atdıq, can sana sadağa düşdü.
Sallan qələm qaşdı, yanı yoldaşdı,Qalmışam ataşdı, mən başı daşdı.Huş başımdan çaşdı, dilim dolaşdı,Gözlərim sataşdı, buxağa düşdü.
Ətlazdan qəbalı, belində şalı,Gövhərdən bahalı üzündə xalı.Geydi yaşıl-alı, yaxdı mahalı,Əyri tellər ayna qabağa düşdü.
Yeriyirdi sana yaşılbaş, sona,Yaraşır canana ağ nazik cuna,Tellərində şana, əlində həna,Yəmən, yaqut əhmər dodağa düşdü.
Çox çəkmişəm cəfa, gəl bir insafa,And olsun Mushafa, olmam bivəfa.Gəlmişəm təvafa, verəsən şəfa,Ələsgər xəstədi, ocağa düşdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-dusdu-qosayarpaq-qosma
More by this author
Ələstidən "bəli" dedim, əcəb xoşhaldı yüküm,Beş gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm.
A yağa-yağaGəldi yaz ayları, həsrət çəkər xak,Deyər: – Neysan gələ a yağa-yağa.
Ay ağa, ağaDağlar sinəsində lalə seyr edər,Səri səcdə qılar ayaq- ayağa.
Ay eylər qıj-qıjQeyz eyləyər, çən çəkilər dağlara,Qəhrindən yelləri ay eylər qıj-qıj.
Poems by other poets · Love
Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
İlqarNigara*Mən bayquş olub
Vədə vermişdür nədən ol yar gəlsün, gəlmədiVədə vermişdür nədən ol yar gəlsün, gəlmədi?Tuti dillü bir şəkərgöftar gəlsün, gəlmədi.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.