Gəldi yaz ayları, həsrət çəkər xak,Deyər: – Neysan gələ a yağa-yağa.“Lənət şeytana!” – de, şər işdən əl çək,Şeytan səni salar ayaq-ayağa.

Səyyad dəryalarda alar cəng ələ,Həsrət çəkər: çiskin gələ, çən gələ!Əzrayıl sinəni çəkər çəngələ,Qəssal qəss eyləyər ay ağa, ağa.

Keçən qəncər gər erkəkdi, gər dişi,Dəllək çağır, çəkdirəcən gər dişi.Qəzanın qədəri, çarxın gərdişiSərsəri tez salar ayağa, ayağa.

Ələsgərdən çəkilərsən a yana,Sirr işini nahaq saldın əyana.Çırağın ki, ilahidən a yana,Ehtiyacın nədi a yağa, yağa?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets