Sübhün çağı bir hikmətə tuş oldum
Sübhün çağı bir hikmətə tuş oldum,Desəm inanmazlar, sirri-sübhandı.Yeddi qat qaladı, daşsız, kərpicsiz,O qalada bir əjdaha pünhandı.
Nə qədər baxıram, yoxdu gözləri,İki buynuzu var, bəhri-şeşpəri.Nə əl-ayağı var, nə balü pəri,Seyr eləyir, nə gərdişi-dövrandı?!
Nə zaman ki, sərin çıxardır dərdən,Yeddi qat qalanı tərpədir yerdən.Qaldım aciz, zəlil, heyran, sərgərdən,Bilmədim çinidi, ya üstüxandı?
Dindirrəm, dillənmir, yoxdu zəbanı,Ona tərtib verib kərəmin kanı.Özü dincdi, heç incitmir insanı,Heyif, ismi doğrulara düşmandı.
Səhərdən-səhərə edir seyranı,Götürür qalanı, gəzir hər yanı.Aşıq Ələsgər deyər, bu müəmmanıHər kəs tapsa, canım ona qurbandı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-subhun-cagi-bir-hikmete-tus-oldum
Use ← → keys to move, R for a random poem
More by this author
Başına döndüyüm, ay telli sənəm,Qovma dərgahından, sayılam, məni!
Sini-sinHicran düşgünüyəm, gözəl müştağı,Axtarıram bu dünyanı sini-sin.
Yaradar məniXudam məni, səni yoxdan yaradıb,Sən də bircə milçək yarat, ərməni!
Yazıq "əmmə"ni“Əlif”dən dərs aldım, əbcəd oxudum,Huş verdim, öyrəndim yazıq “əmmə”ni.
Poems by other poets
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Yarəb, nə nur imiş ki, məni yaxdı narınaYarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.