“Əlif”dən dərs aldım, əbcəd oxudum,Huş verdim, öyrəndim yazıq “əmmə”ni.Şirin canım müjganına toxudum,Sən Allah, öldürmə, yazığam, məni!

Ərş üzündə Gün dolanar, Ay üzər,Müxənnəti mərdə qoyma ay üzər.Həsrətindən ay incəldər, ay üzər,Qışı dərdü möhnət, yazı qəm məni.

Ələsgərəm, çətin adam sayılam,Vacibatda hürufatın sayı “lam”.Ləblərinin həsrətindən sayılam,Bimürvət, demirsən: “Yazıq, əm məni”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love