Geyinibsən tər əndamaTər-təzə libası, gəlin!Məni valeh eyləyibdiQaşların qarası, gəlin!Gözlərindən həya eylərGöyün Sürəyyası, gəlin!Yaxşıların yaxşısısan,Gözəllərin xası, gəlin!Könlümü şövqə gətirdiHüsnün təmənnası, gəlin!

İnanmıram, kamalınaHəkimi-Loğman yetişə;Bəlkə, səndən əlac ola,Xəstəyə dərman yetişə;Mərifətdə, qanacaqdaHanı, sana can yetişə;Kənar gəz seyraqubdan,Qoyma ki, böhtan yetişə;Amandı, gəl uyma sara,Tərlanın sonası, gəlin!

Süzgün baxış canlar alır,Qəmzələrin qandı, gözəl!Mürvət elə, ƏləsgəriÖldürmə, amandı, gözəl!Kərəm Əslidən ötəriAtəş tutub yandı, gözəl!Fərhad Şirinin yolundaGör necə qurbandı, gözəl!Sən məni Sənan elədinTərsalar tərsası, gəlin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets