Ələstidən "bəli" dedim, əcəb xoşhaldı yüküm,Beş gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm.Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin,Zəhmətdə zəhri-həlahil, ləzzətdə baldı yüküm.

Nütfəsindən əyri olan tez göstərər isbatın,Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.Hərcayı hədyana sayar, naşı bilməz qıymatın,Əhli-urfan məclisində gövhərmisaldı yüküm.

Biçarə Aşıq Ələsgər, sığın Şahi-Heydara,Onun damənindən tutan, Məhşərdə yanmaz nara.Pirim mana nüsrət verib, bu gün çıxdım bazara,Sən sərrafısan, aç xırd elə, bax gör nə maldı yüküm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets