Dörd kitab hər yana yolu göstərir,Nəfs ilə mərifət olur şeş cahat.Belə əmr eləyib qüdrəti-qadir,Bu əmrə qol qoyan tez tapar nicat,Eylə etiqad.

Şəhr aydı, bayram onun gülüdü,Iki ay bir-birinin müttəsilidi.Üç yüz altmış altı gün – bir ilidi,Səkkiz min yeddi yüz səksən dörd – saat,Gəl verim isnat.

Altıda qarışdı Nuhun tufanı,Qırx ildə sərgərdan gəzdi hər yanı.Altı min altı yüz insan, heyvanı,Hərə öz diliylə eylədi fəryad,İstədi imdad.

Neçə müddət qərq oldular tufana,Əmr etdi, kəbutər gəzdi hər yana,Iki yüz otuzda tapdı bir dənə,Nuh üçün fəmində gətirdi sovqat,Qıldı ibadat.

Altmış altı ayə niyə danmısan?!Belə məlum, bizi avam sanmısan.Dünya cifəsinə sən aldanmısan,Unutma üqbanı, bu dünyanı at,Afərin, ustad!

Qasım “qaf”ınandı, Həsən “he”yinənXeyir çəkməz ustadınan dəyinən.İşim yoxdu seyyidinən, bəyinən,İxtiyarımdadı qalan məxluqat,Daimül-övqat.

Yazıq Ələsgərdi, soruşsan, adım,Huş başımdan gedib, yoxdu savadım.Sözlə mətləb yazmaq deyil muradım,Arifə eyhamla yazıram hürfat,Sədrin olsun sat!

Random poem

More by this author

Poems by other poets