Dərdim çoxdu, dindirməyin, həzarat!Məni bir alagöz ceyran öldürür.Qılıncsız, tüfəngsiz alır canımı,Kimsə bilmir, pünhan-pünhan öldürür.

Heç bilmirəm neyləmişəm, neylərəm,Xəncər alıb, qara bağrım teylərəm,Bir canım var, yara qurban eylərəm,El desin: "Aşiq də qurban öldürür".

Ələsgərəm, bir gözələ mehmanam,Ölməyincə çətin dönəm, usanam.Əzrayılı qanlı tutmasın anam,Məni bir kirpiyi peykan öldürür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets