Yaxşı hörmət ilə, təmiz ad ilə
Yaxşı hörmət ilə, təmiz ad iləMən dolandım bu Qafqazın elini.Pirə ata dedim, cavana – qardaş,Ana-bacı bildim qızı, gəlini.
Hər kəs bu dünyanı fani bilməsə,Həm savabı, həm üsyanı bilməsə,Namusu gözləyib, nanı bilməsə,Əli Zülfüqarı kəssin belini!
Bədəsildən hərgiz olmaz heç əsil,Lənət sana gəlsin, pis soy, pis nəsil!Firib-fəsad ondan qalxar müttəsil,Ölüncə tərgitməz öz əməlini.
Yaxşı tanı, dağıtmaynan huşunu,Dostun oğraşısan, qandım işini,Badkeş bənd eləmə, çək qəmişini,Nəzmə cəzm eyləmə şeytan felini!
Yazıq Ələsgərəm, bir kəminə qul,Əysik sözü hərgiz etmərəm qəbul.Bəndeyi-xudayam, ümməti-Rəsul,Dost tutmuşam Şahi-Mərdan Əlini.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-yaxsi-hormet-ile-temiz-ad-ile
Use ← → keys to move, R for a random poem