Eyləmişəm
Ala gözlüm, səndən ayrı düşəli,Hicranın qəmiylə kef eyləmişəm,Ah-vayınan günüm keçib dünyada,Dərd alıb, qəm satıb, nəf eyləmişəm.
Səndən ayrı şad olmuram, gülmürəm,Canımdan bezmişəm, ölə bilmirəm,Nə müddətdi qulluğuna gəlmirəm;Bağışla təqsirim, səf eyləmişəm.
Həsrət qoyma gözü gözə, amandı!Yandı bağrım, döndü közə, amandı!Keçən sözü çəkmə üzə, amandı!Hədyan danışmışam, laf eyləmişəm,
İnsafdımı, gülə həmdəm xar ola?Tülək tərlan ovlağında sar ola?Ələsgər istəyir bir bazar ola,Seçmişəm gövhəri, saf eyləmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-eylemisem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
ارحنی ساعه عنی و عن قیدی و اطلاقی
QəriblikBir söz sərrafıydım bu zamanənin,Qəflətən qarşıma çıxdı qəriblik.
XitabNə qədər istəsək boş yerimiz var,Canımız, qanımız, hünərimiz var.
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,