Xitab
Nə qədər istəsək boş yerimiz var,Canımız, qanımız, hünərimiz var.Əkilən pambıqlar hələ azdır, az;Bununla iş bitməz, əsla kar aşmaz!Pambıq əkinləri gərək çoxalsın,Qəlbimizdə gəzən həsrət yoxalsın.Kimsəyə olmasın ehtiyacımız,Bitsin həsrətimiz, bitsin acımız!Pambıq çoxaldıqca, fabrik canlanır,Kollektiv güclənir, birlik canlanır,Pambığın çoxluğu çoxluğumuzdur,Pambıq “çörəyimiz”, neft “suyumuzdur”.Hər pambıq tarlası düşmənə mədfən,Hər açılan qoza ona bir kəfən.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-xitab
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Dil eşq yolunda zar olubdur,Bir gül həvəsində xar olubdur.
چشم مستش دوش میدیدم به خوابکرده بود از ناز آغاز عتاب
Faş etdi göz yaşım bu nihan razi ellərəFaş etdi göz yaşım bu nihan razi ellərə,Əfsanə tək cahanda məni saldı dillərə.
Sən hacıynan, mən hacıBir gün haqqın surun aldıq sən hacıynan, mən hacı,Haqq gəlincə suru çaldıq sən hacıynan, mən hacı.