İşçi qız, toxuduğun o divar xalısındaHeyran oldum ürəkdən işlədiyin sənətə,Bir gözəllik əsəri verdin bəşəriyyətə.

Böyüklüyün çoxuna məchul ikən əvvəllər,Vurduğun naxışların, qız, ən bahalısındaMeydana çıxdı bu gün səndəki böyük hünər.

Qabarlanan o incə, o nazik barmaqlarınBirinin təəssüflə cəlb etsə nəzərini,Alqışlar tutacaqdır o baxışın yerini.

İnan ki, qonaqların önünə çıxsa yarın,Xalında rəngi-ruhu solmayan o ulduzlar,Həm sənin, həm ölkənin göylərini yaldızlar.

Sən ey Şərqin əməkçi qızı, çırpın, qanadlan!Bürüyəcək şöhrətin bu sənət meydanını,Ola bilməz çəkdiyin zəhməti gözdən salan.

Birsən sənət yolunda candan keçən ərlərlə,Meydana buraxdığın böylə şah əsərlərləUcaldırsan ölkəmin şöhrətini, şanını.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets